Süleyman Ələsgərov
Oyuncu
Genel bilgiler
Süleyman Ağababa oğlu Ələsgərov (20 iyun 1915 və ya 16 iyun 1915, Bakı — 10 dekabr 1998, Bakı) — aktyor, Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR əməkdar artisti (1954).
Onun ən populyar və irihəcmli ekran obrazı «Bizim Cəbiş müəllim» filmində əsas qəhrəman olan Cəbiş müəllim roludur.
Süleyman Ələsgərov Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq altmış üç il səhnəyə çıxmışdır. Dramlarda, komediyalarda, faciələrdə, nağıllarda, nağıl-dastan süjetli pyeslərdə bir-birindən əlvan rollar yaradıb.