Rudolf Buchheim
Genel bilgiler
Buxheym (Buchhheim) Rudolf (1 mart 1820, Bautzen — 25 dekabr 1879, Gissen, Hessen) — alman farmakoloqu, eksperimental farmakologiyanın banisi.
Drezden Tibb-Cərrahlıq Akademiy asını və Leypsiq Unversitetini bitirmişdir (1845). Derpt (1847-ci ildən) və Gisen (1867-ci ildən) un-tlərinin prof.-u olmuşdur.
1847-ci ildə Derptdədünyada ilk eksperimental farmakoloji tədqiqatlar laboratoriyasının əsasını qoymuşdur.
Dərman maddələrinin təsnifatını(onun adı ilə adlandırılmışdır) təklif etmişdir: kimyəvi və farmakoloji xassələri oxşar olan dərman qruplarını ayırmış, hər qrupa onun ən tipik nümayəndəsinin (məs., digitalis, yaxud üskük otu qrupu,kokain qrupu) adını vermişdir.
Farmakologiya üzrə populyar dərsliyin (1859)müəllifidir.
Elmi məktəbin yaradıcısıdır.