Rauf Babayev
Genel bilgiler
Rauf Babayev ötən 60–80-ci illərində Azərbaycan estradasının ən məşhur qruplarından hesab olunan «Qaya» vokal-instrumental ansamblının yaradıcılarındandır.
Sənətkar bir sıra caz festivallarında müvəffəqiyyətlə çıxış etmiş, beynəlxalq estrada və caz musiqisi müsabiqələrinin laureatı adını qazanmışdır.
O, 1978-ci ildə respublikanın Əməkdar artisti, 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülmüş, 2017-ci ildə isə müstəqil Azərbaycan Respublikasının ali dövlət mükafatlarından olan «Şöhrət» ordeni ilə təltif edilmişdir.