Həsən ağa Bakıxanov
Genel bilgiler
Həsən ağa Bakıxanov - Rusiya imperiyasının generalı, general-mayor (1880).
1834-cü ildə Qubada anadan olmuşdur. Hərbi müvəffəqiyyətlə bitirdikdən sonra o, xidmət etmək üçün Əlahiddə Qafqaz Ordusuna göndərilir. Dəfələrlə hərbi yürüşlərdə iştirak etdiyinə görə orden və medallarla təltif olunmuşdur.
Bir müddət İrandakı Rusiya səfirliyində xidmət etdiyinə görə Həsən ağa Bakıxanov həmin ölkənin ən ali ordeni olan «Şire-Xorşid» ordeninə layiq görülmüşdür.
1879-cu ildə general-mayor rütbəsilə təltif olunan Həsən ağa Bakıxanov bir il sonra istefaya çıxıb Quba qəzasındakı dədə-baba torpaqlarını idarə etməklə məşğul olmuşdur.
1898-ci il noyabrın 28-də vəfat edən general Həsən ağa Bakıxanovu öz vəsiyyətinə görə Bibiheybət məqbərəsində atası Cəfərqulu ağanın yanında dəfn etmişlər.
Kısa bilgiler
- Doğum tarihi ve yeri:8 Mayıs 1833, Kuba
- Ölüm yeri:
- Ebeveynleri:Jafargulu Bakikhanov